AZ

“Microsoft”un baş direktoru 2025-ci ildə ən yaxşı 100 CEO siyahısına rəhbərlik edir

“Tesla”nın baş direktoru Elon Musk, şirkətinin 15 milyard ABŞ dolları marka dəyərini itirməsinə baxmayaraq, “Brand Guardianship Index”də reytinqini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq "CEO-ların dönüş ustası" adını qazanıb.

Valyuta.az xəbər verir ki, “Microsoft”un baş direktoru Satya Nadella 1-ci yeri tutur və hər il ortalama 26% marka dəyəri artımı əldə edərək texnologiya nəhəngini irəli aparır.

“Tencent”in baş direktoru Huateng Ma 2024-cü ildə 1-ci yerdə olmasına baxmayaraq, 2025-ci ildə 24-cü yerə qədər geriləyib. 

“NVIDIA”nın baş direktoru Jensen Huang 3-cü sırada yer alır, bu isə təəccüblü deyil, çünki süni intellekt nəhəngi 98% artaraq 87.9 milyard ABŞ dolları marka dəyərinə çatıb. 2025-ci ildə isə dünyanın ən dəyərli ilk 10 markası siyahısına daxil olaraq 9-cu yerə yüksəlib.

2025-ci ilin “Brand Guardianship Index”də ən yüksək reytinqə malik qadın CEO “Chanel”in baş direktoru Leena Nair-dir və o, ümumi siyahıda 19-cu yerdə qərarlaşıb. 

Siyahıda yer alan 100 nəfər direktor arasında cəmi 7-si qadındır. “Brand Finance”in araşdırmalarına əsasən, bu tendensiya son 7 ildə dəyişməyib və qadın baş direktorların ümumi siyahıdakı payı hər il 6-8% arasında olub.

“Brand Finance”in məlumatlarına görə, 2023-2025-ci illər arasında siyahıda yer alan CEO-ların iki qat çoxu xaricdən təyin olunub, daxildən irəli çəkilənlərə nisbətən. Məlumatlar göstərir ki, xaricdən gətirilən baş direktorlar şirkətlərin marka dəyərini orta hesabla 25% artırmağa nail olur, halbuki daxildən irəli çəkilənlər bu göstəricini 16% artırır.

“Brand Finance”in Qiymətləndirmə Direktoru Annie Brown bildirib:

“Brand Guardianship Index-də xaricdən təyin olunan CEO-ların artması dəyişiklik yönümlü liderliyə keçidin göstəricisidir və bu yanaşma birbaşa marka dəyərinin artımı ilə bağlıdır. Brendlər dəyişən, proqnozlaşdırılması çətin olan qlobal bazarda sağ qalmaq və inkişaf etmək üçün çevik və dəyişikliklərə açıq olmalıdır. CEO-lar böyük dəyişikliklər etməlidirlər, lakin bunun üçün öz komandalarını ruhlandırmalı və uzunmüddətli dəyər yaratmağa yönəlməlidirlər. Məlumatlarımız göstərir ki, xaricdən gətirilən CEO-ların nüfuzu daha yüksəkdir və onlar daha uğurludurlar. “Brand Finance”ın gələcək araşdırmalarının bu tendensiyanın davam etdiyini nümayiş etdirəcəyini gözləyirik.”

Maya Hüseynova

Seçilən
27
valyuta.az

1Mənbələr