"Nəzrinin ölümü ən çox Sənan doktoru sarsıdıb. Heç bir həkim belə bir hadisənin baş verməsini istəməz. 20 minə yaxın əməliyyat etmiş bir cərrahın səhv etməyi mümkünsüzə yaxındır. Ekspertiza rəyi tam hazır olmadan həbs olunması isə bütün həkimləri məyus edib”.
Mia.az-ın məlumatına görə, bunu “Unikal”a müsahibəsində burun əməliyyatından sonra komaya düşərək vəfat etmiş Nəzrin Mansurlunu əməliyyat edən həkim Sənan Mehdiyevin həbsi barədə danışan həmkarı Pərviz Aslanov deyib.
Cərrah Dr. Pərviz Aslanov qeyd edib ki, Sənan Mehdiyevin həbsi ilə əlaqədar vəkillərin dediyinə görə ekspertiza qarşısında qoyulan 9 sualdan 6-sına hələ cavab verilməyib: “Əməliyyatdan bir gün sonra kafi vəziyyətdə evə gedən Nəzrin təcili tibbi yardım həkimlərinin ev şəraitində vurduğu dərmanlar, başqa həkimlərin təyinatı, digər klinikada aparılan müalicə ilə bağlı məlumatsızıq. Ev şəraitində xəstəyə sistemlər qoşulub, təyinatı kimin verdiyi açıqlanmır. Baş ağrıları olan Nəzrinin vena daxilinə yeridilən dərmanlardan sonra vəziyyəti daha da ağırlaşıb. Məncə, mərhumun patoloji anatomiya müayinəsində Sənan həkimin də iştirakı təmin olunmalıydı. Dünya təcrübəsində ölüm səbəbini araşdıran həkim qruplarında müvafiq ixtisas sahibləri mütləq şəkildə iştirak edir”.
Pərviz Aslanov bildirib ki, Kompüter Tomoqrafiya (KT) müayinəsinə görə hipoksik beyin ölümü baş verib, beyin ölümünün səbəbi isə rinoplastika deyil: “Ölkəmizdə cərrahi əməliyyat zamanı məsuliyyətin yalnız cərrahın üzərinə düşməsi adi haldır və səhvdir. Əməliyyat bir komanda işidir. Xəstəxana, laboratoriya, sterilzasiya, əməliyyatxana, reanimasiya, bir sözlə bütün tibbi personal məsuliyyəti bölüşməlidir. Mənə elə gəlir ki, məhkəmə tibbi eskpertizanın yekun rəyi bütün suallara tam aydınlıq gətirəcək”.
“Heç bir əməliyyat risksiz deyil”
“Pasiyentin əvvəlki tibbi tarixçəsi və xüsusiyyətləri diqqətə alınmalıdır”
Rinoplastika əməliyyatında hansı risklər var?
“Ekspertiza rəyi tam yekunlaşmadan həkim həbs olunmamalı idi”
“Həkimlərin hüquqlarını qoruyan peşəkar təşkilatlar yaradılmalıdır”
Qeyd edək ki, Pərviz Aslanov 2006-cı ildə Azərbaycan Tibb Universitetini bitirib. ABŞ, Braziliya, Avropa da daxil olmaqla dünyanın 50-yə yaxın ölkəsində ixtisasartırma kurslarında və beynəlxalq konfranslarda iştirak edib. 15 ildir rinoplastika və burun daxilinə aid bütün patologiyaların müalicəsi ilə məşğul olur.
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda doktorantura təhsili alıb, elmi tədqiqat işləri aparıb. 2021-ci ildə otorinolarinqologiya ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb.