AZ

Fatimə Zaurdan inciyib - “Bu mənəm?”

Rəqqasə Fatimə Fətəliyeva ad çəkmədən aparıcı Zaur Nəbioğludan incidiyini deyib.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu barədə o, “Tarixin bir günü” verilişində danışıb.

Fətəliyeva bildirib ki, incikliyə səbəb, ona öncədən xəbərdarlıq etməsinə baxmayaraq, Nəbioğlunun ailəsi və övladları ilə bağlı suallar verməsi olub:  

“Təəssüf ki, onlara dost demişəm. Bu yaxınlarda "dost" dediklərimin verilişində qonaq oldum. Amma orada özümü başqa xalqın nümayəndəsi kimi gördüm.

Verilişə gələndə onlara dedim ki, xahiş edirəm şəxsi həyatım və uşaqlarımla bağlı suallar verməyin. Qızım Aydanın 30, oğlum Hüseynin 14 yaşı var. Onlar istəmirlər ki, adları efidə çəkilsin. Amma məni buna vadar edirlər. Ailəm və övladlarım haqda suallar verildi. Özümü itirdim.

Sonra efirə baxım özümə sual verirəm ki, “Bu mənəm?” Aparıcı proqramda tamaşaçılara üzünü tutub deyib ki, Fatimə xanım məktəbdə rus dili bölməsində oxuyub. Ona görə də onun danışıq qabiliyyəti o deyil". Bu nə deməkdir? Mən onlardan çox pis incimişəm”.


Telegram kanalımız
Seçilən
4
1
yenisabah.az

2Mənbələr