Aktual.az xəbər verir ki, Fateh Birol 1958-ci ilin martın 22-də Türkiyənin Ankara şəhərində anadan olub.
1976-cı ildə Ankara kollecini, daha sonra isə İstanbul Texniki Universitetinin Elektronika fakültəsini bitirib.
1986-cı ildə Avstriyada doktorluq dərəcəsini alıb.
1995-2015-ci illərdə Beynəlxalq Enerji Agentliyinin baş iqtisadçısı və Agentliyin Enerji və İqlim Dəyişikliyi Siyasətinin İqtisadi Təhlili üzrə mütəxəssisi vəzifələrində işləyib.
2015-ci ilin sentyabrın 1-dən Beynəlxalq Enerji Agentliyinin icraçı direktorudur.