AZ

UNEC-də "Karyera Planlaması" adlı ilk dərslik nəşr olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ölkədə ilkinteraktiv dərslik olan “Karyera Planlaması” dərsliyinin təqdimatıolub.

UNEC-in “Karyera planlaşdırılması və inkişafı” kafedrasınınmüəllimlərinin müəllifliyi ilə işıq üzü görən kitabın təqdimatındauniversitetin akademik heyəti ilə yanaşı, digər ali təhsilmüəssisələrinin, eləcə də dövlət qurumlarının karyera üzrəmütəxəssisləri də iştirak ediblər.

Rektor professor Ədalət Muradov “Karyera Planlaması” dərsliyininərsəyə gəlməsində əməyi olan UNEC müəllimlərinə təşəkkürünübildirərək, kafedranın böyük uğura imza atdığını deyib. Dərsliyintələbələrin karyera bacarıqlarının formalaşdırılmasında önəmli roloynayacağından əminliyini ifadə edən rektor, kitabınrəqəmsallaşdırılmasının faydalı olacağını qeyd edib.

Prof. Ədalət Muradov karyera planlamasının UNEC-də prioritet istiqamətlərdən biriolduğunu diqqətə çatdıraraq, bu istiqamətdə görülmüş işlərdən dəsöz açıb: “UNEC-də “Karyera planlaşdırılması və inkişafı”kafedrasını yaratdıq və ölkədə ilk dəfə olaraq, “Yumşaqbacarıqlar”, “Sərt bacarıqlar” və “Karyera planlaması” fənlərinitədris planlarına daxil etdik. Bu ildən isə məzunlarımıza ilk dəfəolaraq, onların yumşaq bacarıqlarını qiymətləndirən qeyri-akademiktranskript veriləcək”.

Tədbirdə UNEC-in Rəqəmsallaşma üzrə prorektoru, dərsliyinrəyçisi dosent Raqif Qasımov, Dövlət Məşğulluq Agentliyinin şöbəmüdiri Əli Qurbanlı, dərsliyin müəllifləri olan “KaryeraPlanlaşdırılması və inkişafı” kafedrasının direktoru RəşadMəhərrəmov, kafedranın dosenti Afaq Hüseyn və Nərgiz Seyidzadədərsliyin əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Çıxış edənlər“Karyera planlaması” kitabının ölkədə bu sahədə nəşr olunanilk dərslik olduğunu diqqətə çatdırıblar. Dərslikdətələbələrə uğurlu karyera yolu ilə yanaşı, həm də məqsədyönlüinkişaf üçün lazımi nəzəri biliklərin, praktiki vasitələrin və realtəcrübələrin təqdim olunduğunu qeyd ediblər. Kitabın karyerayagedən yolda uğur qazanmaq istəyən hər kəs üçün dəyərli bir bələdçiolduğunu vurğulayıblar.

Təqdimat zamanı çıxış edənlər müəllifləri təbrik edərək,dərslikdən digər ali təhsil müəssisələrinin də istifadə etməsiningənclərin peşəkar inkişafına mühüm töhfə verəcəyinibildiriblər.

UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
Məqalədə:
Seçilən
25
7
az.trend.az

9Mənbələr