AZ

Bu avtobusların hərəkət sxemi dəyişdirilir

Xəbər verdiyimiz kimi, paytaxtın Nərimanov rayonunda aparılacaq təmir işləri ilə əlaqədar iki küçənin kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) -dan məlumata verilib. Bildirilib ki, məhdudiyyətlə əlaqədar 17, 24 və 211 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Dəyişikliyə əsasən, 17 nömrəli marşrut Əhməd Rəcəbli dairəsinədək, 24 nömrəli marşrut “Nəriman Nərimanov” metro stansiyasınadək, 211 nömrəli marşrut isə alternativ olaraq Əhməd Rəcəbli küçəsi, Ziya Bünyadov prospekti, Azad Hümbətov və Zaur Nudirəliyev küçələrindən keçməklə fəaliyyət göstərəcək.

Seçilən
34
50
metbuat.az

10Mənbələr