AZ

"Rəfah" sərhəd-keçid məntəqəsi Qəzzadan pasiyentləri qəbul etməyə hazırdır

Misir-Qəzza sərhədindəki \"Rəfah\" sərhəd-keçid məntəqəsi Qəzza zolağından pasiyentləri qəbul etməyə hazırdır.

Bunu Misirin Şimali Sinay əyalətinin qubernatoru Xalid Muqaver bildirib.

\"Bir neçə gün əvvəl bütün jurnalistlərə bildirdim ki, \"Rəfah\" sərhəd-keçid məntəqəsi tezliklə yaralıları qəbul etməyə başlayacaq. Bu gün onun açılışı elan olunub. Biz pasiyentləri qəbul etməyə başlayacağıq\", - qubernator bəyanatında bildirib.

Qəzzanın Səhiyyə Nazirliyindən qeyd edilib ki, Fələstin anklavından ilk qrup fevralın 1-i \"Rəfah\" sərhəd-keçid məntəqəsindən keçəcək.
 
///report
Seçilən
1
2
azxeber.com

3Mənbələr