AZ

Kenquru kişini xəstəxanalıq etdi

Oxu24.com Daily Mail-ə istinadən bildirir ki, Avstraliyada kenqurunun hücumuna məruz qalan kişi ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, qurban mağazaya getmək istəyərkən evinin yaxınlığında iki kenquru görüb. Heyvanlardan biri sakinə hücum edib. Hücum nəticəsində kişi bud, qol və sinə nahiyəsində xəsarətlər  alıb. O, Emerald Xəstəxanasına aparılıb, sonra isə təyyarə ilə Rockhampton Xəstəxanasına aparılıb.

General Hospital və Queensland Səhiyyə Xidmətinin rəsmiləri bildiriblər ki, yaralının  vəziyyəti hazırda stabildir.

 

Nigar

 

Seçilən
21
oxu24.com

1Mənbələr