AZ

“Bizdə internet benzin qiymətinə qalxıb, başqa ölkələrdə su qiymətinədir”

Xalq artisti Tünzalə Ağayeva Azərbaycanda internetin baha olmasını tənqid edib.

Bu barədə sənətçinin paylaşdığı videoda mövzu ilə bağlı çıxışı yer alıb.

“İnternet başqa ölkələrdə su qiymətinədir. Bizdə niyə bu qədər bahadır? Mən evdən də, sizdən də bilirəm ki bahadır. Bir-iki günə nə qədər meqabayt alırsınız, görüb dəhşətə gəlirəm. Bizdə internet benzin qiymətinə qalxıb. Ərəb Əmirliklərində küçədə internet parolsuz, açıqdır. Ölkəmizdə hər şey ən yeni, ən müasirdir. Amma gülməlidir ki, adi yerlərdə, məsələn, metroda internet tutmur. Necə ola bilər?”, – deyə, Ağayeva bildirib.

Seçilən
75
3
millitv.net

10Mənbələr