Ajans.az Dövlət Satınalmalarının Vahid İnternet Portalına istinadən xəbər verir ki, müqavilə işğaldan azad edilmiş və müharibədən zərər çəkmiş ərazilərin minalardan və partlayıcı sursatlardan təmizlənməsi üçün nəzərdə tutulub.
27 yanvar 2025-ci il tarixində imzalanan sənədə əsasən, işlər 31 dekabr 2025-ci ilədək icra olunmalıdır. Müqavilə birbaşa satınalma metodu ilə həyata keçirilib.
Bu razılaşma azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin olunmasına və minatəmizləmə prosesinin sürətləndirilməsinə töhfə verməyi hədəfləyir.
Qeyd edək ki, BAMF-ın prezidenti Umud Mirzəyevdir. Fond 1992-ci ildə yaradılıb və BMT-nin Sosial İqtisadi Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvü olan beynəlxalq qeyri-hökumət təşkilatıdır.

3Mənbələr