AZ

"Ermənistan bu dəhlizi açmağa məcbur qalacaq" - Samir Vəliyev

“Azərbaycan Avropa ilə Asiya və Şimalla Cənub arasnda etibarlı körpüdür. Mühüm geosiyasi məkanda yerləşən ölkəmiz bütün dünyanın diqqət mərkəzindədir. Burada vacib amillərdən biri Azərbaycanın önəmli nəqliyyat qovuşağı funksiyasını yerinə yetirməsidir. Yanvarın 28-də Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bu mövzu ilə əlaqədar fikirlərini geniş ifadə edib”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, dövlətimizin başçısı müşavirədə Azərbaycanın Şərqlə Qərb, Cənub və Şimal arasında ticarət əlaqələrində tranzit ölkə kimi böyük rol oynadığını diqqətə çatdırıb. Şərq-Qərb layihəsinin ən mühüm halqası isə Orta Dəhlizdir. Bu dəhlizi geosiyasi-iqtisadi əhəmiyyətinə görə, dəyər zənciri də adlandırmaq mümkündür. Orta Dəhliz Çindən gələn yüklərin Qazaxıstandan keçərək Xəzər dənizinə, Azərbaycana və oradan da Gürcüstan və Türkiyə üzərindən Avropadakı son təyinat ölkələrinə çatmasına imkan yaradır. Bu baxımdan, dəhlizin və bu infrastrukturun bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolu böyük əhəmiyyətə malikdir. Bu baxımdan bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının (TDT) əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. Dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxili məhsula (ÜDM) malik olan Türk dövlətlərini birləşdirən bir layihə olduğunu nəzərə alsaq, Azərbaycanın böyükhəcmli ticari-investisiya portfelindən əhəmiyyətli dividentlər əldə edəcəyi şəksizdir. Bu o deməkdir ki, Türk Dövlətləri Orta Dəhlizin potensial imkanlarından böyük valyutalar əldə edərək iqtisadiyyatlarına əlavə dəyər qata biləcək.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda bu coğrafiyanın logistika xəritəsi də dəyişməkdədir. Zəngəzur dəhlizi Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa dəhlizdir. Prezident İlham Əliyev müşavirədə Zəngəzur dəhlizindən ətraflı bəhs edib. Cənab Prezidentin dediyi kimi, Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir. Zəngəzur dəhlizinin açılması Ermənistanın öhdəliyidir. Rəsmi İrəvanın məsələyə yanaşmada konstruktivlik nümayiş etdirməməsi yanlış addımdır.

Seçilən
17
2
publika.az

3Mənbələr