AZ

Bu kimi hallar inzibati məsuliyyət yaradır - Video

Polis işğaldan azad olunan bölgələrdə sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirləri davam etdirir.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, işğaldan azad olunan ərazilərdə yaşayan, işləyən və buraya səfər edən şəxslərə təhlükəsizlik qaydaları ilə yanaşı sanitariya-gigiyena tələbləri izah edilir, maarifləndirici məlumatlar verilir. Qaydalara əməl etməyən şəxslərlə bağlı inzibati tənbeh tədbirləri görülür:

“Bir daha vətəndaşlarımızdan xahiş edirik ki, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Xüsusən də tütün məmulatlarını, zibili, tullantıları urnalardan kənara atmaq ictimai qınaq obyektidir və qanunla qadağandır. Bu kimi hallar inzibati məsuliyyət yaradır”.

Seçilən
11
4
qafqazinfo.az

6Mənbələr