AZ

Dumanlı hava şəraiti müşahidə olunur

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən hazırda Yevlax, İmişli, Cəfərxan, Sabirabad, Hacıqabul, Biləsuvar rayonlarında  dumanlı hava şəraiti müşahidə olunur və görünüş 200 metrədək məhdudlaşır.

Xidmət rəsmisi Gülnarə Abbasova bildirib ki, müşahidə olunan duman sinoptik şərait ilə əlaqədar olaraq gözlənilən  atmosfer hadisəsidir. Yer səthində gündüz saatlarında havanın temperaturunun nisbətən yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsi nəticəsində inversiya dumanı formalaşır. 
"Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin fevralın 2-si gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir”. Ekologiya.az
Seçilən
51
33
ekologiya.az

10Mənbələr