AZ

Enerji böhranı iki prezidenti üz-üzə qoydu

  “Moldova hökuməti və Maya Sandu ölkədə enerji böhranının qarşısını almaq üçün heç bir addım atmayıblar”.

Referans.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Moldovanın sabiq prezidenti İqor Dodon deyib.

“Sandu elə hər zaman “Yaşasın Ukrayna!” deyə qışqırır, halbuki bu, vətəndaşlarımızın deyil, onun özünün mövqeyidir. Qışqırmaq əvəzinə o, Kiyevdəki tərəfdaşlarını Rusiya qazının tranzitini dayandırmamağa inandıra bilərdi. Ən azından, buna cəhd edəydi”, – deyə Dodon qeyd edib.

Sabiq prezidentin sözlərinə görə, hazırkı hökumət qaz təchizatı ilə bağlı alternativ marşrut üzərində işləyə bilərdi, lakin onlar ixtiyarlarında olan il yarım müddətində enerji böhranına hazır olmaq barədə düşünməyiblər.

Xatırladaq ki, daha öncə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Moldovada enerji böhranı Kiyevin məsuliyyətsizliyi və Moldova hökumətinin “Qazprom”a olan borcu tanımaqdan və həll etməkdən imtina etməsi səbəbindən baş verib.  

Seçilən
35
referans.az

1Mənbələr