AZ

Xocalıya daha 22 ailə köçürüldü VİDEO

Xocalının Ballıca kəndinə növbəti köç olub, mənzillərin açarları təqdim edilib.

Xezerxeber.az-ın məlumatına görə, Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Ballıca kəndinə ölkənin müxtəlif ərazilərində müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. Bu mərhələdə kəndə 22 ailə - 94 nəfər köçürülüb. Kəndə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Qeyd edək ki, Ballıca kəndində bərpa edilən fərdi yaşayış evlərində keçmiş məcburi köçkünlərin məskunlaşması üçün bütün şərait yaradılıb. Kənd fasiləsiz elektirik enerjisi, təbii qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib.

Xatırladaq ki, Xocalının Ballıca kəndinə bu günə qədər dörd köç olub. Kənddə 90 ailə, 467 nəfər məskunlaşıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
68
3
xezerxeber.az

10Mənbələr