AZ

Avtomobil dərəyə aşdı - Bir ailənin 8 üzvü öldü

Vyetnamın şimalındakı Nam Dinh əyalətində avtomobilin dərəyə aşması nəticəsində bir ailənin 8 üzvü həlak olub.

Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, hadisə yerinə dərhal təcili yardım briqadası göndərilib. Bir nəfər yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Vyetnamda yanvar ayı ərzində yol qəzalarında 137 nəfər həlak olub.

Seçilən
5
1
avtosfer.az

2Mənbələr