AZ

Avropa Liqasında pley-offun püşkü ATILDI

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Bizim.Media xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Liqa mərhələsində 9-24-cü yerləri tutan komandalar pley-offda 8 cüt təşkil edib.

Türkiyə klublarından "Qalatasaray" bu mərhələdə "AZ Alkmaar"la (Niderland), "Fənərbaxça" isə "Anderlext"lə (Belçka) qarşılaşacaq.

Pley-off mərhələsinin mümkün cütləri

"Tvente" (Niderland) - “Budyo Qlimt” (Norveç)

"Fənərbağça" (Türkiyə) - “Anderlext” (Belçika)

“Yunion” (Belçika) - "Ayaks" (Niderland)

PAOK (Yunanıstan) - FCSB (Rumıniya)

"AZ Alkmaar" (Niderland) - "Qalatasaray" (Türkiyə)

“Mityülland” (Danimarka) - "Real Sosyedad" (İspaniya)

“Ferentsvaroş” (Macarıstan) - "Viktoriya" (Çexiya)

"Portu" (Portuqaliya) - "Roma" (İtaliya)

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları fevralın 13-də, cavab matçları isə fevralın 20-də
keçiriləcək.

Bizim.Media

Seçilən
9
3
bizim.media

10Mənbələr