AZ

Bakıda iki dairə arasındakı küçədə hərəkət tam məhdudlaşdırılacaq VİDEO

Sabah Bakıda iki dairə arasındakı küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Xezerxeber.az-ın məlumatına görə, səhər saat 6-dan etibarən yolda təmir-tikinti işləri başlayacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bilidirilib ki, yeni yolun tikintisi ilə əlaqədar artıq "Keşlə bazarı"nın qarşısında da işlərə başlanılıb.

Sözügedən layihəyə əsasən Təbriz küçəsi ilə Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişmələrində, eləcə də metronun "Nərimanov" stansiyası ətrafında müşahidə olunan nəqliyyat sıxlığının azalacağı gözlənilir.

Qeyd edək ki, 6 hərəkət zolağından ibarət yolun ümumi uzunlğu 3896 metr olacaq. Yolda 4 tunel və 3 piyada keçidinin inşası nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
24
xezerxeber.az

1Mənbələr