Bakı. Trend:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 31-dəPakistan İslam Respublikasının özəlləşdirmə, investisiya vəkommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb.
Nazirlər Kabinetindən Trend-əverilən məlumata görə, görüşdə Azərbaycan-Pakistan dostluq vəqardaşlıq əlaqələrinin bütün sahələrdə dinamik inkişafındanməmnunluq ifadə olundu.
Azərbaycan Respublikası Prezidentinin ötən il Pakistana baştutmuş dövlət səfəri nəticəsində dövlətlərarası münasibətlərinkeyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bildirildi.
Söhbət zamanı Azərbaycan-Pakistan strateji tərəfdaşlıqəlaqələrinin iqtisadiyyat, ticarət, sərmayələr və qarşılıqlı maraqdoğuran digər sahələrdə inkişaf perspektivləri müzakirə olundu.