AZ

Ronaldo tarixi rekord vurdu


Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo tarixdə klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Bildirilib ki, portuqaliyalı futbolçu Lissabon “Sportinq”i ilə 13, “Mançester Yunayted”lə 214, “Real”la 316, Turin “Yuventus”u ilə 91, “Əl-Nəsr”lə 66 dəfə qalib gəlib.
Ronaldo bu yaxınlarda karyerasında 921-ci qolunu vurub. 39 yaşlı hücumçu klub səviyyəsində 786, Portuqaliya millisində isə 135 qol vurub.
Seçilən
22
24
yeniavaz.com

10Mənbələr