AZ

Avropa Mərkəzi Bankı əskinasları yenidən dizayn edir

Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin avro əskinaslarının yenilənməsi üçün “Avropa mədəniyyəti” və “Çaylar və quşlar” mövzularına əsaslanan motivləri qısa siyahıya aldığı bildirilir.

AMB-nin açıqlamasında bildirilir ki, Bankın İdarə Heyəti 23 il əvvəl dövriyyəyə buraxılan avro əskinaslarının ilk dəfə yenilənməsi üçün motivləri seçib.

Müvafiq olaraq, birinci motiv "Avropa mədəniyyəti" mövzusu ilə ümumi mədəniyyət sahələrinə və görkəmli avropalılara diqqət yetirir.

Hörmətli avropalılar arasında Nobel mükafatı laureatı alim Mari Küri, alman bəstəkarı Lüdviq van Bethoven, yunan opera müğənnisi Mariya Kallas, ispan yazıçısı Migel de Servantes və heykəltəraş Leonardo da Vinçi var.

Əskinasların arxa tərəfində festivalların, kitabxanaların, universitetlərin və ya digər mədəni tədbirlərin təsvirləri əks olunacaq.

İkinci motiv "Çaylar və Quşlar"la təbiətin davamlılığına və müxtəlifliyinə diqqət yetirir. Bu əskinasların arxa tərəfində AMB, Avropa Parlamenti və ya Avropa Komissiyası kimi Avropa qurumları əks olunacaq.

Seçilən
13
kommersant.az

1Mənbələr