AZ

Azərbaycan öz turizm imkanlarını Hindistanda nümayiş etdirir – FOTO

Azərbaycan Turizm Bürosu Hindistanın Mumbay şəhərində keçirilən, Asiya-Sakit Okean regionunun mühüm turizm sərgisi olan “OTM Mumbai 225”də iştirak edir.

Dogru.az xəbər verir ki, tədbirdə “Azərbaycan Hava Yolları” ilə birlikdə, 22 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə ölkə turizminin təbliği və təşviqi ilə bağlı B2B görüşlər keçirilir, əməkdaşlıq imkanları müzakirə olunur.

Milli stenddə ziyarətçilərə Azərbaycanın tarixi, mədəniyyəti, qış turizmi və dağ-xizək mərkəzləri, sağlamlıq, ekoturizm və digər turizm imkanları haqqında məlumat verilir.

Sərgi çərçivəsində keçirilən “Hindistanlı səyahətçiləri cəlb etmək: güclü destinasiyalardan strateji yanaşmalar” adlı panel müzakirəsində Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov Azərbaycanda turizminin inkişafı strategiyası ilə bağlı məlumat verib.

Qeyd edək ki, hindistanlı turistlərin artan marağına əsasən “Azərbaycan Hava Yolları” QSC və “IndiGo” aviaşirkətləri ilə Dehli və Mumbaydan Bakıya həftədə 14 birbaşa uçuş həyata keçirilir.

224-cü ildə Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 243 589 nəfər təşil edib. Bu da öz növbəsində 223-cü illə müqayisədə 2 dəfən çox artımdır.

 

image-1e9f845a-e175-4422-91b-3a27172d7dd image-6bb78edd-4d2d-473a-9138-cdbcfdb19de6 image-7ed1f483-9325-422-a2af-3e56d197bd image-35a15b5b-368-46ce-b7bc-62d71e26bd7 image-4e5d76e-9c3c-4f6f-8c58-9725f3a5c23f

Seçilən
5
29
dogru.az

10Mənbələr