Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasından ayrılan məşhur brazilyalı hücumçu Neymar 12 il əvvəl forma geyindiyi Braziliyanın "Santos" komandasına dönüb.
Mia.az xəbər verir ki, bu barədə Neymarın özü sosial media hesabında yazıb: "Meydana qayıtmaq istəyirəm. Futbol oynamaq məni bu həyatda ən xoşbəxt edən şeydir. Yalnız "Santos" kimi klub mənə qarşıda duran çətinliklərin öhdəsindən gəlmək üçün güc verə bilər".
Fərid ASLAN
MİA.AZ