Oğuzda yük avtomobili yanıb.
Avtosfer.az xəbər verir ki, yanğın Oğuz-Qəbələ yolunda 1988-ci il təvəllüdlü Hüseynəliyev Samiq Vəli oğluna məxsus "Ford Transit" markalı yük avtomobilində baş verib. Yanğın yerinə Oğuz rayon DYMH-nin yanğınsöndürən texnikaları cəlb olunub.
Yanğın zamanı avtomobil tamamilə yanaraq yararsız vəziyyətə düşüb.