AZ

Sabiq "Arsenal"lı karyerasını bərpa etdi

Fransalı yarımmüdafiəçi Fransis Koklen yeni klubuna qoşulub. 

Fanat.Az xəbər verir ki, o, Fransa Liqa 1 təmsilçisi "Nant" ilə 6 aylıq müqavilə imzalayıb. 

Məlumatı sözügedən klubun mətbuat xidməti yayıb. 

Xatırladaq ki, yarımmüdafiəçi son 6 ayda peşəkar şəkildə futbol oynamayıb. 

33 yaşlı Koklen son 7 ildə La Liqada (3 il "Valensiya" klubunda, 4 il "Vilyarreal"da çıxış edib, sonunculardan isə ötən yayda ayrılıb.

Koklen "Arsenal"ın yetirməsidir və o, karyerasının əvvəlində London klubunda oynayıb. 

"Nant" Liqa 1-də qalmaq üçün mübarizə aparır.

Mirağa

Seçilən
25
fanat.az

1Mənbələr