AZ

Bu avtobuslar yenilənir

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Keşlə qəsəbəsi, “Gənclik” metrostansiyası və Azərbaycan Tibb Universiteti ilə əlaqələndirən 38 nömrəli marşrutun avtobusları yenilənir.

"Unikal" xəbər verir ki, fevralın 1-dən sərnişinlərin xidmətinə veriləcək 15 ədəd yeni “Yutong” markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

Yeni avtobusların xəttə buraxılması ilə interval 6-7 dəqiqə təşkil edəcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır.

Seçilən
21
6
unikal.az

6Mənbələr