Yasamal rayonu, Moskva prospekti, tunelə giriş hissədə texniki nasaz bir neçə yük avtomobili yolda qalıb.
Bu barədə "Cebheinfo.az"a NİİM-dən bildirilib.
Bu səbəbdən metronun “20 Yanvar” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb. Sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür.
"Cebheinfo.az"