Bakı. Trend:,
Braziliyanın "Santos" komandası Neymarın transferiniaçıqlayıb.
Trend-inməlumatına görə, bu barədə klubun rəsmi saytında bildirilib.
Məlumata əsasən, 33 yaşlı hücumçu ilə cari mövsümün sonunadəkmüqavilə imzalanıb.
Bununla da ulduz futbolçu 12 illik fasilədən sonra keçmişklubuna qayıdıb.
Qeyd edək ki, "Santos"un yetirməsi olan Neymar İspaniyada"Barselona"nın, Fransada PSJ-nin formasını geyinib. O, son olaraqSəudiyyə Ərəbistanının "Əl-Hilal" komandasında çıxış edib.