AZ

210 hotel bir hadisənin güdazına getdi -YENİLƏNDİ

Türkiyədə nəzarət orqanları yanğın təhlükəsizliyi normaları və lazımi lisenziyaların mövcudluğu ilə bağlı aparılan yoxlamalar zamanı 210-dan çox hoteli möhürləyib.

OXU24.COM  xəbər verir ki, məşhur Uludağ xizək kurortunun yerləşdiyi Bursa vilayətində 161 hotel və villa möhürlənib.

Bu obyektlərdə biznes lisenziyalarının olmaması və otaqların təchizatı üzrə təhlükəsizlik tələblərinin pozulması aşkar edilib.

***

Antaliyada 80-ə yaxın insanın ölümü ilə nəticələnən dağ-xizək kurort hotelində baş verən yanğından sonra ən azı 50 otel bağlanıb.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin İnvestisiya və Sahibkarlıq Baş İdarəsi turizm sertifikatı olmayan və qeydiyyatsız statusunda fəaliyyət göstərən mehmanxanalarla bağlı 81 əyalət rəhbərinə məktub göndərib.

Nazir müavini Nadir Alpaslanın imzaladığı məktubda bu cür mehmanxanaların müəyyən edilməsi və lazımi tədbirlərin görülməsi tələbi yer alıb. Yoxlamalar nəticəsində Türkiyənin turizm bölgəsi olan Antalyanın Muratpaşa rayonunda 50 hotel bağlanıb.

Seçilən
21
oxu24.com

1Mənbələr