AZ

Ukrayna Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir

Kiyev Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib.

“Artıq 2025-ci il üçün müqavilələr var. Əsas prioritet F-16 proqramıdır. Qırıcıların növbəti partiyasının 2025-ci ildə təhvil verilməsini gözləyirik və pilotların, mühəndis-texniki heyətin təlimlərini davam etdiririk”, - deyə nazir vurğulayıb.

Umerov qeyd edib ki, Niderland 2025-ci ildə Ukraynaya yardım proqramını əhəmiyyətli dərəcədə artırıb.

Seçilən
41
14
publika.az

10Mənbələr