![Reanimasiyaya yerləşdirilən Faytonçu Nazimin VƏZİYYƏTİ AĞIRDIR](https://e-saglam.az/storage/news/middle/images/2025/2/faytoncu-nazim-xestexanaya-yerlesdirildi.webp)
"Dünən mağazadan çıxarkən halı pisləşib, yıxılıb".
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az xəbər verir ki, sənətçinin dostu, aparıcı Kamran Həsənli Axşam.az-a açıqlamasında Nazim Pişyarinin (Faytonçu) səhhətindən danışıb:
"Hazırda reanimasiyadadır, vəziyyəti ağırdır. Xəstəxanada idim, hamı gözləyir".
K.Həsənli N.Pişyarinin bir müddət əvvəl əməliyyat olunduğunu da bildirib:
"Nazim böyrəyindən əməliyyat olunmuşdu. Uğurlu keçmişdi, vəziyyəti yaxşı idi. İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi".