Bu gün Azərbaycan 1-ci liqasında 12-ci tur yekunlaşıb.
QOL.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib.
"Qaradağ Lökbatan" öz meydanında "Cəbrayıl"a qalbi gəlib.
"Mingəçevir" isə səfərdə "Zaqatala"ya uduzub.
Azərbaycan 1-ci liqası, 12-ci tur
31 yanvar (cümə)
“Qaradağ Lökbatan”– “Cəbrayıl” - 2:0
Qollar: Şahin Balejai, 11, Fərid Nadirov, 70
Lökbatan OİK stadionu
“Zaqatala” - “Mingəçevir” - 2:1
Qollar: Roini İsmayılov, 45+4-pen., (1:0), Fanen Akyam, 69-pen., (1:1), Cəlal Cəbrayılov, 88 (2:1)
Qırmızı vərəqə: Elnur Mirzəyev, 75 ("Mingəçevir)
Zaqatala OİK stadionu
30 yanvar (cümə axşamı)
13:00. MOİK – “İmişli” - 4:3
14:00. “Karvan” – “Difai” - 3:3
15:00. “Qəbələ” – “Bakı Sportinq” - 0:0