AZ

ABŞ və Britaniyanın müdafiə nazirləri Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər

Böyük Britaniyanın müdafiə naziri Con Hili ABŞ-li həmkarı Pit Heqsetlə ilk telefon danışığı aparıb.

"Report" xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Məlumata görə, nazirlər Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər.

Müdafiə idarələrinin rəhbərləri arasında danışıq hələ rəsmi elan edilməsə də, telekanal artıq bunun baş verdiyini təsdiqləyən iki mənbəyə istinadən xəbər verib. Onların sözlərinə görə, söhbət zamanı “hərbi əməliyyatlara hazırlığın artırılması” və “güc yolu ilə sülhün əldə edilməsi” zərurəti müzakirə olunub. Tərəflər azadlıq və demokratiyaya artan təhdidləri də müzakirə ediblər.

Seçilən
0
4
report.az

5Mənbələr