AZ

“Fənərbağça” serbiyalı futbolçu ilə müqavilə imzalayıb

Bakı. Trend:

Türkiyənin "Fənərbağça" komandası serbiyalı futbolçu OqnyenMimoviçin transferini açıqlayıb.

Trend-inməlumatına görə, bu barədə İstanbul klubunun rəsmi saytı məlumatyayıb.

Serbiya təmsilçisi "Srvena Zvezda"dan transfer edilən 20 yaşlımüdafiəçi ilə 4 il 6 ay müddətinə müqavilə imzalanıb.

Qeyd edək ki, gənc oyunçu Serbiya klubunun heyətində bu mövsüm18 matçda meydana çıxıb və 3 dəfə fərqlənib.

Seçilən
24
7
az.trend.az

9Mənbələr