Kanada, Çin və Meksikanın hakimiyyət orqanları yaxın 24 saat ərzində Vaşinqtonun bu ölkələrin məhsullarına rüsum tətbiq etməsindən yayına bilməyəcək.
“Report” xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Xeyr. Heç bir şey. Hazırda yox", - o, üç dövlətin belə bir inkişafın qarşısını almaq üçün hər hansı bir şey edə biləcəyi barədə deyib. "Xeyr. Bu, təmiz iqtisadiyyatdır. Bizim hər üçü ilə böyük (ticarət-red) kəsirimiz var", - o deyib.
"Bir halda külli miqdarda fentanil (sintetik opioid - red.) göndərir, onunla ildə yüz minlərlə insanı öldürürlər. Digər iki halda isə bu zəhərin xaricdən gətirilməsinə şərait yaradırlar”, - Tramp deyib.
Amerika lideri əmin edib ki, ABŞ tarifləri tətbiqi ilə heç bir güzəştə getmir.