AZ

"Heç vaxt efirdə bunu etməyəcəyəm"

"Efirdə heç vaxt yemək yeməyəcəyəm. Günahdır, yaraşmaz. Mən yeyirəm, orada ac uşaq baxır. Gecə ac yatıb, səhər durur yemək yoxdur. Göz haqqı var".

Ölkə.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə Məmmədov "Qonaqcanlı" verilişində deyib. Sənətçi efirdə yemək yeyənləri tənqid edib:

"Heç vaxt etməyəcəyəm. Bir verilişə getdim, xanım aparıcı mənə görə stola yemək qoymadı".

Meyxanaçı hər yerə öz stəkanı ilə getdiyini də söyləyib:

"Mənim su içəndə də öz stəkanım olmalıdır. Maşınımdadır, hər yerə aparıram. Evdə də tapşırmışam, xahiş etmişəm ki, mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər". 

Seçilən
19
5
olke.az

6Mənbələr