Tbilisidə qətl hadisəsi baş verib.
Aktual.ge xəbər verir ki, hadisə axşam saatlarında paytaxtın Lilo qəsəbəsində qeyd alınıb.
Yerli mətbuatın yaydığı məlumata görə, Lilo qəsəbəsində yerləşən "Kaxellər" restoranının yaxınlığında avtomobilin içində bir kişi odlu silahla güllələnib.
Şahidlərin sözlərinə görə, cinayətkar hadisə yerindən qaçıb və hazırda istintaq tədbirləri aparılır.
Daxili İşlər Nazirliyi qətl hadisəsinin baş verdiyini təsdiqləyib və araşdırmaların aparıldığını bildirib: "Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi – qəsdən adam öldürmə faktı üzrə istintaq başlanıb".
Hazırda qanlı hadisınin digər detalları məlum deyil.