ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə "Ruzvelt Mall"-un dayanacağına düşüb, bir neçə avtomobili əzib və evlərə çırpılıb.
Bundan sonra güclü yanğın başlayıb.
Yerli hakimiyyət orqanları çox sayda itki olduğunu bildirib.