Azərbaycan Premyer Liqasında 21-ci turun oyunları keçirilir.
İkinci oyun günündə iki qarşılaşma baş tutacaq.
"Operativ Media" xəbər verir ki, günün ilk qarşılaşmasında "Turan Tovuz" "Səbail"i qonaq edəcək.
Digər qarşılaşma isə Sumqayıtda keçiriləcək. Şəhərin eyniadlı komandası "Araz-Naxçıvan"ı sınağa çəkəcək.
Azərbaycan Premyer Liqası
21-ci tur
31 yanvar
16:00 Turan Tovuz – Səbail
Baş hakim: Tural Qurbanov
Tovuz şəhər stadionu
18:30 Sumqayıt – Araz-Naxçıvan
Baş hakim: Cavid Cəlilov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu