AZ

2 Fevral – Gənclər Gününə həsr olunmuş “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu” keçirilib (FOTO)

Bakı. Trend:

2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar “KönüllüTəşkilatlarının Dayanıqlı İnkişaf Forumu” keçirilib.

Trendxəbər verir ki, bu barədə Azərbaycan Könüllü Təşkilatları İttifaqıməlumat yayıb.

Bildirilib ki, Forum Azərbaycan Respublikasının Gənclər Fondunundəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ)təşkilatçılığı ilə gerçəkləşib.

200-dən çox Azərbaycan Könüllüsünü bir araya gətirən forumunəsas məqsədi İttifaq tərəfindən üzv təşkilatların fəaliyyətininartırılması, dayanıqlı inkişafının təmin edilməsi, təşkilatlararasında effektiv əlaqələrin qurulması, təcrübə mübadiləsinintəşviqi və kollektiv layihələri həyata keçirmək olub.

Forumun rəsmi açılış hissəsində ilk olaraq AzərbaycanRespublikasının Dövlət Himni səsləndirilib.

Forumda Azərbaycanın ictimai-siyasi xadimi, AzərbaycanRespublikası Milli Məclisinin deputatı Asif Əsgərov, AzərbaycanRespublikasının Gənclər Fondunun İcraçı direktoru vəzifəsini icraedən Qədir Xəlilov, Azərbaycan Könüllü Təşkilatları İttifaqınınsədri Vüqar Əliyev və AKTİ-yə üzv təşkilatların rəhbərləri, medianümayəndələri, bir sıra rəsmi qonaqlar və könüllülər iştirakediblər.

Çıxış edən rəsmilər 2 Fevral – Gənclər Gününün Ümummilli LiderHeydər Əliyevin təşəbbüsü ilə təsis edilməsi və bu günün Azərbaycangəncliyinə verilən yüksək önəmin göstəricisi olduğunuvurğulayıblar. Qeyd edilib ki, könüllülük fəaliyyəti gənclərinşəxsi və peşəkar inkişafına töhfə verərək, eyni zamanda cəmiyyətəxidmətin mühüm bir formasıdır. Bildirilib ki, forum könüllütəşkilatlarının bir araya gəlməsi və gənclərin ideya mübadiləsiaparması üçün mühüm platformadır.

Forumda Azərbaycan Könüllüsü, “Miqrasiya Könüllüsü” İctimaiBirliyinin sədri Şəbnəm İbrahimli və Azərbaycan Könüllüsü,Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyininİnformasiya Texnologiyaları şöbəsinin aparıcı mütəxəssisi AnarƏhmədli öz uğur hekayələrini paylaşaraq, könüllülükfəaliyyətlərinin şəxsi və peşəkar inkişafda necə böyük əhəmiyyətdaşıdığını vurğulayıblar. Daha sonra forumda gənc regionalnümayəndələr və bir qrup Azərbaycan Könüllüləri səmərəlifəaliyyətlərinə görə mükafatlandırılıb. Tədbirin rəsmi hissəsiyekunlaşdıqdan sonra istedadlı Azərbaycan Könüllülərinin ifasındamusiqili bədii proqram dinlənilib.

Forum çərçivəsində “Könüllülük hərəkatında yeni perspektivlər vədayanıqlı inkişaf” adlı panel sessiya təşkil edilib. AKTİ-nin sədriVüqar Əliyevin moderatorluğu ilə keçirilən paneldə spikerlər –Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə DövlətAgentliyinin Könüllülərlə iş sektorunun aparıcı məsləhətçisi,AKTİ-nin İdarə heyətinin üzvü Emiliya Bayramova, Gənclərin İnkişafvə Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev və “Regionalİnkişaf” İctimai Birliyinin Layihələr və Könüllülərlə iş şöbəsininmüdiri Adilə Əliyeva çıxış ediblər. Onlar “Könüllülükdə dayanıqlıinkişaf və beynəlxalq təmsilçilik”, “Regionlarda gənclər üçünkaryera imkanları” və “Region könüllülük hərakatında mövcudproblemlər və həlli yolları” mövzularında fikirlərinibölüşüblər.

Bildirilib ki, könüllülük fəaliyyətlərinin dayanıqlı inkişafınıtəmin etmək üçün strategiyalar hazırlanmalı, resurs çatışmazlığı,motivasiya və koordinasiya kimi problemlərin həlli istiqamətindəaddımlar atılmalıdır. Gənclərin beynəlxalq könüllülükhərəkatlarında aktiv iştirakı ölkəmizin beynəlxalq səviyyədətanınmasına və daha geniş əməkdaşlıqlara şərait yaradır. Həmçinin,könüllülük hərəkatının regional miqyasda da genişləndirilməsivacibdir. Regionlarda karyera imkanlarının artırılması, gəncləringələcək iş həyatına hazırlığına və şəxsi inkişafına müsbət təsirgöstərir. Könüllü fəaliyyətlər gənclərə təcrübə qazandırmaq vəonların iş bazarında rəqabət üstünlüyü əldə etmələri üçün əvəzsizbir vasitədir.

2
2
2
Seçilən
12
11
az.trend.az

10Mənbələr