Azərbaycan I Liqa klubu “Mingəçevir”in stadionu təmirə bağlanıb.
İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi ev oyunlarını bir müddət Mingəçevirdən uzaq düşəcək. Komanda ev oyunlarını Zaqatalada keçirəcək.
Artıq tərəflər arasında razılıq əldə olunub. Qərar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.