Dünən baş tutan “Tata Steel Challengers 2025” turnirinin 11-ci turunda Aydın Süleymanlı qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, şahmatçımızın rəqibi hindistanlı Viaşali Rameşbabu  olub. Görüşə qara fiqurlarla başlayan Aydın, rəqibini məğlub etməyi bacarıb. Bununla da, təmsilçimiz aktivinə daha 1 xalı yazıb. Aydın keçirdiyi görüşlərlərdən 5 qələbə ilə ayrılıb. Həmçinin 5 bərabərliyi və 1 məğlubiyyəti var.

Qeyd edək ki, hazırda təmsilçimizin aktivində 11 oyuna 7.5 xal var və 3-cü yerdə qərarlaşıb.