AZ

"Zirə" iki legionerlə müqavilə müddətini uzatdı

Azərbaycan Premyer Liqasında çıxış edən “Zirə” iki futbolçusu ilə müqavilə müddətini uzadıb.

Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, qvineyalı futbolçu Salifu Suma və nigeriyalı oyunçu İssa Cibrilla ilə yeni müqavilə imzalanıb.

Anlaşmaya əsasən, 22 və 29 yaşlı müdafiəçilər 2027-ci ilə qədər “qartallar”ın uğurları üçün çalışacaq.

Qeyd edək ki, İssa Cibrilla 2022, Salifu Suma isə 2023-cü ildən “Zirə”nin formasını geyinir.


Müəllif: Röyanə Oğuz
Seçilən
10
teleqraf.com

1Mənbələr