AZ

Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2025-ci il fevral ayının 7-də Qusar Rayon Polis Şöbəsinin inzibati binasında Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
 
Bu barədə Moderator.az-a DİN-in mətbuat xidmətindən bildirilib.
 
Qeyd edilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 6 fevral tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
 
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
 
Seçilən
14
23
moderator.az

10Mənbələr