Dövlət satınalmalarının rəqəmsallaşdırılması ilə şəffaflığın və hesabatlılığın təmin olunmasına, sahibkarların etimadının artmasına və satınalma prosesində fəal iştiraklarına nail olunur.
FED.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, 2024-cü ildə elektron dövlət satınalmalarında yekunlaşmış müsabiqələr üzrə orta iştirakçı sayı 6,4 təşkil edib. 2023-cü il ilə müqayisədə müsabiqələrdəki orta iştirakçı sayında 2 dəfəyədək artım müşahidə edilib.