AZ

Çökən qızıl mədənində 10 nəfər öldü

Malinin cənubunda qızıl mədənində torpaq sürüşməsi 10 nəfərin həyatına son qoyub.

"Cebheinfo.az" xəbər verir ki, Dəngə kəndində qızıl mədənində torpaq sürüşməsi çökməyə səbəb olub.

Əksəriyyəti qadınların olduğu 10 nəfərin həyatını itirdiyi, çox sayda insanın itkin düşdüyü fəlakətlə bağlı səlahiyyətlilərdən verilən açıqlamada, "Onlar bir çuxurda qapalı qalıb dağıntılara səbəb olan palçıqlı suya batdılar. Təəssüf ki, onların heç biri qaça bilməyib” vurğulanıb.

Bölgə qubernatorluğu təhlükəli şərait səbəbindən cəsədlərin heç birinin çıxarıla bilməyəcəyini və axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr