Aparıcı Aytən Səfərova sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
O, Türkiyədə müzakirələrə səbəb olan iki fərqli xəbər buraxılışından söz açaraq bəzi müxbir və aparıcıları tənqid edib: "Zəhləm gedir aktyorluq edən müxbirlərdən və efirdə xəbərləri rola girərək çatdıran "ağıllı" aparıcılardan. Xəbər deyilmir, çatdırılır. Belələrinin savadsız olması da göz qabağındadır. Savadlı aparıcı xəbər çatdıranda aktyorluq etmir".