Prezident Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtonda görüşü fevralın 4-də baş tutacaq.
Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt açıqlama verib.
Görüş İsraillə Qəzzadakı HƏMAS qruplaşması arasında 15 ay davam edən hərbi əməliyyatlara altı həftəlik fasilə verən atəşkəs fonunda baş tutacaq.
İsrail baş nazirinin ofisi qeyd edib ki, Netanyahu Trampın ikinci prezidentlik müddəti ərzində Ağ Evə rəsmi dəvət alan ilk xarici lider olub.
Tramp ikinci prezidentlik müddətində ilk xarici səfərini Səudiyyə Ərəbistanı və ya Böyük Britaniyaya edəcəyini bildirib.