AZ

Sülh əvəzinə müharibə: Onların missiyası Azərbaycan ərazilərinə boylanmaq olmayacaq

Ötən həftə Avropa İttifaqı (Aİ) Şurası gözlənildiyi kimi Ermənistanda “müşahidə” missiyasının mandatının daha iki il müddətinə uzadılması barədə qərar qəbul etdi. Qurum üzvlərinin səfirlərinin Brüsseldə əldə etdikləri razılığa əsasən, 44 milyon avroluq rəsmi büdcəsi olacaq missiya 2027-ci ilin 19 fevralına qədər Ermənistan ərazisində, Azərbaycanla şərti sərhədə yaxın yaşayış məntəqələrində “keşik” çəkəcək.
Ermənistana belə bir missiyanın göndərilməsi barədə qərar 2022-ci ilin payızında qəbul edilib. Əvvəl “müşahidəçilər”in Ermənistana iki aylığa cəmi 40 nəfərlik heyətlə gəlmələri anons edilsə də, sonrakı dövrdə tərkib və say yenilənməyə məruz qalıb. Avropalı müşahidəçilərə ABŞ-nin ştatına çevrilmək təhlükəsi ilə üz-üzə qalan uzaq Kanadanın da təmsilçiləri qoşulub. Say isə təqribən dörd dəfə artıb.

Müşahidə, yoxsa hərbi baza?

Aİ heyətinin mandatının kifayət qədər ciddi büdcə ilə iki illik müddətə uzadılması “müşahidəçi” missiyanın səlahiyyət və funksiya çərçivələrini aşdığı təəssüratı yaradır. Keçmiş hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşlarından ibarət heyət mülki “müşahidə” missiyası kimi qələmə verilsə də, Aİ-nin əsas diktə edən üzvü - Fransanın Ermənistanı aktiv şəkildə silahlandırması, ordu quruculuğunda iştirak etməsi və bütün bunların fonunda İrəvanın Bakı ilə sülhə gəlmə çabalarını bloklaması əsas hədəfin bölgədəki sabitlik olduğunu deməyə əsas verir.

Makron Fransasının əlində geosiyasi təzyiq alətinə çevrilmiş təşkilatın Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdid olan fəaliyyətini sülh kontekstində şərh etmək mümkün deyil. Nəzərə alsaq ki, son dörd il ərzində Brüsselin atdığı bir sıra addımlar barədə qərarlar tam məxfilik şəraitində qəbul edilib, qarşıdakı iki il ərzində Aİ yalnız missiyanın mandatının müddətini uzatmaqla kifayətlənməyə də bilər. 2022-ci ilin payızında olduğu kimi.

Aİ kimi rəsmi Paris də regiondakı siyasətinin reallaşdırılmasında eyni taktikadan yararlanır. İrəvanla hərbi təmaslar ilkin müddətdə yalnız Ermənistanın müdafiə qabiliyyətinin artırılmasına yönəlik tədbir kimi qələmə verilirdi. Ortaya silah ixracı çıxanda isə bildirildi ki, bu, istisnasız olaraq müdafiə xarakterli silahlanma olacaq. Hazırda isə gündəmin əsas mövzusu Makron Fransasının Ermənistanı uzaqmənzilli artilleriya sistemləri ilə təmin etməsidir.

Seçilən
43
29
publika.az

10Mənbələr