Yanvarın 29-da Vaşinqtonda baş verən təyyarə qəzasında həlak olanlar arasında 1999-2000-ci illərdə fiqurlu konkisürmə üzrə Azərbaycan çempionu olmuş Aleksandr Kirsanov da olub.
Demokrat.az xəbər verir ki, bu barədə Amerika mətbuatına onun həyat yoldaşı Nataliya Qudina məlumat verib.
O açıqlamasında "Mən hər şeyimi itirdim. Həyat yoldaşımı, tələbələrimi, dostlarımı... - deyə ABC News-a bildirib.
Qeyd edək ki, 46 yaşlı A.Kirsanov Rusiya, Azərbaycan və ABŞ yığmalarını təmsil edib. O, Barbara Henli ilə buz üstə duetdə Azərbaycan çempionu olub.
Xatırladaq ki, "American Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi həmin ölkənin Quru Qoşunlarının "Black Hawk" helikopteri ilə toqquşub. Göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olan təyyarədən və 3 nəfər hərbçinin olduğu helikopterdən sağ çıxan olmayıb.
10Mənbələr
-
demokrat.azAzərbaycan çempionu Vaşinqtonda həlak oldu ( 15185807)
-
bizim.mediaAzərbaycan çempionu Vaşinqtonda həlak oldu ( 15185487)
-
buta.mediaABŞ-də qəzaya uğrayan təyyarədə Azərbaycanın sabiq çempionu da olub ( 15161483)
-
report.az“American Airlines” qəzaya uğramış təyyarənin marşrutu üzrə uçuşları bərpa edəcək ( 15160951)
-
azxeber.comABŞ-də qəzaya uğrayan təyyarədə Azərbaycanın sabiq çempionu da olub ( 15160053)
-
olaylar.azABŞ-də qəzaya uğrayan təyyarədə Azərbaycanın sabiq çempionu da olub - FOTO ( 15159299)
-
redaktor.azQəzaya uğrayan təyyarənin qara qutuları ekspertlərəgöndərilib ( 15158983)
-
oxu24.comRusiya ABŞ-yə başsağlı verdi ( 15158891)
-
manset.azABŞ-da təyyarənin "qara qutu"ları ekspertizaya göndərildi ( 15157339)
-
moderator.azABŞ-də qəzaya uğrayan təyyarədə fiqurlu konkisürmə üzrə Azərbaycanın sabiq çempionu da olub ( 15156923)